“Chine Mobile”ın vitse-prezidenti ömürlük həbs olundu

“Chine Mobile”ın vitse-prezidenti ömürlük həbs olundu
Çinin ən böyük mobil operatoru olan "Chine Mobile"ın vitse-prezidenti Lu Syan Dun məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, Çinin Slizin əyalət məhkəməsi bu qərarın verilməsini təsdiq edib.

Qeyd olunub ki, 53 yaşlı Lu Syan Dun külli miqdarda rüşvət və korrupsiya hallarına yol verib. Onun 25 mln. Yuan (4,1 mln. Dollar) məbləğində rüşvət aldığı sübuta yetirilib. Çinin "Sinxua" agentliyi ilə xəbər verir ki, bu rüşvət vitse-prezident tərəfindən 2003- 2011-ci illər arasında alınıb. Belə ki, həmin vaxtlar Lu Syan Dun marketinq siyasəti və hesablama biznesi ilə, eləcə də digər təşkilatlarla əlaqlələr üzrə koordinatorluğa görə cavabdehlik daşıyırdı.

Məhkəmə "Chine Mobile"ın vitse-prezidentini ömürlük həbslə yanaşı, əmlakının müsadirə olunması ilə də bağlı qərar çıxarıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com