Əbu-Dabidə yeni aeroport tikiləcək

Yeni aeroport ildə 30 milyon sərnişini qəbul edəcək
Əbu-Dabidə yeni aeroport tikiləcək

Proqnozlara əsasən 2030-cu ilədək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərinin əhalisinin sayı 3 dəfə artaraq təxminən 3 milyon nəfər təşkil edəcək, səhrada yerləşən şəhər isə genişlənərək inkişaf etmiş infrastruktur tələb edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu məqsədlə burada 1982-ci ildə tikilmiş mövcud "Abu Dhabi International Airport Midfield Complex" ilə yanaşı, ultramüasir beynəlxalq hava limanının inşası nəzərdə tutulur.

İldə 30 milyon və saatda 8,5 min sərnişini qəbul edə biləcək nəhəng kompleksin layihəsi "Kohn Pedersen Fox" beynəlxalq arxitektura bürosunun mütəxəssisləri tərəfindən hazırlanıb.

Tikilinin əsasını 50 metrlik tağşəkilli qübbədən və 4 əlavə terminaldan ibarət əsas terminal təşkil edəcək. Burada geniş ictimai zona və çoxsaylı ticarət yerləri ilə yanaşı, yeni aeroportun səhrada yaşıl oazislə maksimum uyğunlaşması üçün 8500 kvadratmetr ərazidə bağ və park zonaları salınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə