Pan Gi Mun: İƏİT və “Böyük iyirmilik” iqlim dəyişmələrinə qarşı mübarizədə liderlik etməlidirlər
"Böyük iyirmilik", habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olan ölkələr iqlim dəyişmələrinə qarşı mübarizədə, o cümlədən bu məsələ ilə bağlı yeni qlobal sazişin hazırlanması sahəsində liderlik etməlidirlər. Bu barədə jurnalistlərə BMT-nin baş katibi Pan Gi Mun məlumat verib.
P.G.Mun Varşavada mətbuat konfransında deyib: "Biz istəyirik ki, inkişaf etmiş ölkələr bu kampaniyaya (insan fəaliyyətinin doğurduğu iqlim dəyişmələrinə qarşı mübarizə kampaniyası nəzərdə tutulur) başçılıq etsinlər. Bunun üçün onların həm potensialı, həm də vəsaiti vardır. "Böyük iyirmilik", xüsusən İƏİT ölkələri belə liderlik üçün nümunə olmalıdırlar".
Bununla belə, baş katib 2014-cü ilin sentyabrında Nyu-Yorkda təşkil edəcəyi zirvə görüşünə bütün ölkələrin iqlimlə bağlı öz hədəflərini təqdim etmələrinin vacib olub-olmaması barədə məsələyə münasibətini dəqiqləşdirməyib.
Ölkələrin parnik qazı tullantılarının 2020-ci ildən sonrakı dövr üçün azaldılmasına dair öhdəliklərinin hazırlanması məsələsi mübahisəli olaraq qalmaqdadır.
Bəzi ölkələr, o cümlədən Aİ ölkələri hesab edir ki, belə hədəfləri məhz zirvə görüşündə səsləndirmək lazımdır, halbuki, məsələn, ABŞ son müddət kimi 2015-ci ili göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB