Fələstin milli administrasiyasının qurucusu Yasir Ərəfatın həyat yoldaşı Suha Ərəfat ərinin şorbadan zəhərləndiyini iddia edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu S.Ərəfat Misirin "Dream" telekanalına müsahibəsində deyib.
"Zəhər şorbada olub. Yasir şorbanın dadına baxan kimi qəflətən yerindən durdu, sanki onu elektrik cərəyan vurdu. O qaşığı stola atdı və tələsik hamam otağına yollandı", - deyə o vurğulayıb.
S.Ərəfat ərinin yaxın çevrədən olan bir nəfər tərəfindən zəhərləndiyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB