Suriyada Əsəd qüvvələrinin həyata keçirdiyi əməliyyatlarda 3-ü qadın, 2-si uşaq olmaqla, 44 adam ölüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin ikinci böyük şəhəri Hələbdə orduya aid bir təyyarənin vurulması nəticəsində bəzi yüksək vəzifəli zabitlər ağır yaralanıb, biri isə həlak olub.
Ümumilikdə isə Suriyadakı atışmalar nəticəsində Dəməşqdə 6, Hələbdə 12, Dərrada 10, Həma və İdlibdə 10, Dər əz-Zor və Lazkiyədə 2, Homsda isə 4 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB