3-ü qadın, 2-si uşaq olmaqla 44 nəfər həlak olub SURİYA

3-ü qadın, 2-si uşaq olmaqla 44 nəfər həlak olub SURİYA

Əsəd rejiminin hakimiyyət əleyhdarlarına qarşı təşkil etdiyi hücumlarda 3-ü qadın, 2-si uşaq olmaqla 44 nəfər həlak olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SNHR) məlumay yayıb. Məlumata əsasən, rejimin hərbi hava qüvvələri vasitəsilə reallaşdırdığı hücumlar nəticəsində Hələbdə 12, Derada 10, paytaxt Dəməşqdə 6, Həmada və İdlibdə 5, Həmasda 4, Deyruz Zorda və Lazkiyədə 1 nəfər olmaqla 44 suriyalı qətlə yetirilib.

Qeyd edək ki, qarşıdurmalarda ölənlərin 15-i Azad Suriya Ordusunun (OSO) üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə