Cənubi Koreyalılar KXDR rəhbərini məhkəməyə verəcək

Cənubi Koreyalılar KXDR rəhbərini məhkəməyə verəcək
Şimali Koreya Xalq Demokratik Respubluikasının (KXDR) rəhbəri Kim Çen In Cənubi Koreyalılar tərəfindən məhkəməyə veriləcək.

SİA İTAR-TASS-a istinadən xəbər verir ki, onlar Kim Çen Inı Cənubi Koreya vətəndaşlarının KXDR-də məcburi qaydada saxlanılmasında ittiham edirlər.

Məlumatda qeyd edilir ki, hələ 1950-1953 illər zamanı baş verən Koreya müharibəsində Şimali Koreya hərbçiləri tərəfindən oğurlanmış Cənubi Koreya vətəndaşları bugünə qədər geri qaytarılmayıblar. Bu səbəbdən onların qohumları Haaqa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşırlar.

KXDR lideri ilə yanaşı məhkəməyə Xalq Silahlı Qüvvələri naziri Çan Çon Nam, Dövlət Təhlikəsizliyi naziri Kim Von Xon və İctimai Təhlükəsizlik naziri Çoy Bo İl də cəlb ediləcək.

"Əvvəllər rəsmi Pxenyan sistematik olaraq bu ittihamları rədd edir və mövcud faktları gizlətməyə çalışırdı. Lakin onların özləri də çox yaxşı bilirlər ki, hansı cinayətləri törədiblər" - deyə Koreya müharibəsində qohumları oğurlanmış ailələr assosiasiyası bu barədə xəbər verib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com