ABŞ Kazanda baş verən aviaqəzanın səbəblərini araşdıracaq

ABŞ Kazanda baş verən aviaqəzanın səbəblərini araşdıracaq
ABŞ-ın Nəqliyyatlarda Təhlükəsizlik Şurası (NTSB) Kazanda baş verən aviaqəzanın səbəblərini araşdırmaqdan ötrü Tatarıstana bir qrup mütəxəssis göndərəcək.

SİA-nın məlumatına görə, bu barədə Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi xəbər verir.

Məlumatda qeyd olunur ki, NTSB mütəxəssisləri aparacaqları araşdırmalardan sonra qəzanın baş vermə səbbəbləri bütün detalları ilə ictimailəşdiriləcək. Bu barədə NTSB-nin aviaqəzalar üzrə baş mütəxəssisi Dennis Cons məlumat verib.

Xatırladaq ki, "Tatarstan" aviakompaniyasına məxsis "Boinq-737" avialayneri bazar günü Kazana eniş edərkən qəzaya uğrayıb. Avialaynerdə olan 50 nəfər sərnişinin heç biri qəzadan sağ qurtula bilməyib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com