Ərdoğan: Türkiyə artıq dəyişib

Ərdoğan: Türkiyə artıq dəyişib

Türkiyənin qarşısında heç bir qüvvə dayana bilməyəcək. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib.

Erqani şəhərində bir sıra obyektlərin açılış mərasimində iştirak edən R.T.Ərdoğan qeyd edib ki, 21-ci əsr Türkiyə əsri olacaq: "Allahın izni ilə Türkiyənin qarşısında heç bir qüvvə dayana bilməyəcək. Biz hökumət olaraq bunu hədəfləyirik".

O bildirib ki, Türkiyə artıq dəyişib. Yeni Türkiyə dilindən, dinindən, məzhəbindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına sahib çıxır: "Türkiyə sürətlə dəyişdikcə regionumuz da dəyişir. Türkiyə gücləndikcə regionumuz da güclənir".

Bütün xəbərlər Facebook səhifəmizdə