Noyabrın 17-də Fransanı izdihamlı etiraz dalğası bürüyüb. Hökumətin ətraf mühitə görə vergi ödənilməsi qərarına etiraz edən ağır yük maşınlarının sürücüləri nümayiş keçiriblər.
SİA-nın məlumatına görə, dörd mindən artıq yük maşını ölkənin 15 regionunda magistiral yollarda nəqliyyatın hərəkətini çıxılmaz vəziyyətə salıb. Bəzi yerlərdə isə nəqliyyatın hərəkəti dayandırılıb.
Nümayişçilər yaxın vaxtlarda ətraf mühitə görə verginin ləğv edilməsi tələbini irəli sürüblər.
Əks təqdirdə bütün Fransanı əhatə edəcək uzun müddətli nümauiş keçirəcəkləri barədə hökuməti xəbərdar ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB