Hondurasda seçki marafonu çərçivəsində Xutikalp şəhərinə keçirilən mitinqə qatılmaq üçün helikopterlə səfərə çıxan prezidentliyə namizəd Xuan Hernandes və onun həyat yoldaşı son anda ölümdən qurtulub.
SİA Röyter agentliyinə istinadən xəbər verir ki, hakim Milli partiyanın namizədi helokopterdə olarkən qəflətən pərlər sıradan çıxıb və yerlə məsafəsi az olan uçuş texnikası yerə çırpılıb.
İnsidentdən dərhal sonra Hernandes Tvitter sosial şəbəkəsində "Allaha çox şükür ki, biz sağıq" ifadələrini yazıb.
Prezidentliyə namizəd görüşə başqa helikopterlə uçmalı olub. Belə ki, qəzaya düşən digər uçuş texnikasının quyruq hissəsi və pərləri sıradan çıxıb.
Qeyd edək ki, Xuan Hernandes hazırda ölkə parlamentinin spikeridir. Noyabrın 24-də o öz rəqibi Ksimaro Kastroyla rəqabətə çıxacaq.
Xatırladaq ki, Ksimaro Kastro 2009-cu ildə devrilmiş eks-prezident Manuel Selayyinin həyat yoldaşıdır və "Azadlıq və Yenilik" partiyasını təmsil edir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB