Yaponiya yeni AES-lərin tikintisinin mümkünlüyü haqqında danışır

Yaponiya yeni AES-lərin tikintisinin mümkünlüyü haqqında danışır

Yaponiyanın hakim Liberal Demokratik Partiyasının baş katibi Şiqeru İşiba noyabrın 16-da jurnalistlər qarşısında çıxış edərək ölkənin enerji siyasətinin gələcək inkişafından danışıb.

SİA-nın məlumatına görə, Ş.İşiba bildirib ki, hökumət ilk növbədə atom elektrik stansiyalarının (AES) təhlükəsizliyinə əmin olduqdan sonra onların fəaliyyətinin bərpasını təmin etməlidir.

Baş katib qeyd edib ki, hətta bərpa olunan enerji mənbələrinin Yaponiyanın enerji təminatında ümumi payı artdığı halda belə o, enerji təhlükəsizliyi baxımından ölkədə yeni AES-lərin inşası məsələsinə baxılmasının mümkünlüyünü istisna edə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə