Fransa prezidenti Fransua Ollandın fəsliyyətini yalnız 20 % fransız dəstəkləyir.
SİA vesti.ru-ya istinadən xəbər verir ki, bu qədər aşağı reytinq hətta beşinci respublika yaranandan bu tərəfə belə görünməyib.
Ümumilkdə 2 % Fransa vətəndaşı Ollandın fəaliyyətini uğurlu hesab edir, yerdə qalan 18% isə Fransa prezidentinin yürütdüyü siyasi xəttə qismən qənaətbəxş yanaşır.
Lakin sorğu iştirakçılarının 42 %-i ümumiyyətlə Olland siyasətini qəbul etmədiklərini, 37 %-i isə bu siyasəti bütövlükdə uğurlu hesab etmədiklərini qeyd ediblər.
1% sorğu iştirakçıları isə sorğuya cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər. Beləliklə, Fransua Ollandın və onun sosialist tərəfdarlarının populyarlığı 9% aşağı düşüb.
Xatırladaq ki, Ollandan əvvəlki prezident Nikolya Sarkozinin reytinqi 2011-ci ilin aprelində keçirilən sorğu zamanı 28%-i təşkil etmişdi.
Sorğunu Fransanın İctimai Rəy institutu keçirib.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB