Liviya YENİDƏN QARIŞDI

Ümumxalq Milli Konqresinə (palamentə) tabe olan Liviya inqilaqbçıları briqadasının qərargahı paytaxt Tripolidə 48 saatlıq fövqəladə vəziyyət və komendant saatı tədbiq edib.

SİA-nın məlumatına görə, Əl-Cəzirə telekanalı bu barədə xəbəb verib.

Bildirilib ki, hakimiyyət bu addımı növbəti qarşıdurmaların qarşısını almaqdan ötrü atıb. Belə ki, son günlər mühafizə gücləri ilə silahlı milis qrupu hesab edilən"Misurat qartalları" arasında ixtilaflar baş qaldırıb. Silahlı milis qrupu parlamentin qərarına qarşı çıxış edərək, paytaxt Tripolidən çıxmağa etiraz edir.

Xatırladaq ki, son bir neçə gündə baş verən qarşıdurmalarda 46 insan həlka olub, 450 nəfər isə yaralanıb.

Ölkənin baş naziri Əli Zəydan şəhərə ordu güclərini yetirməməyə çağırış edib. O, qeyd edib ki, əgər bu baş verəsə, Liviya yenidən qana bulaşacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə