İran yeni təyyarə modelinin istehsalına başlayacaq

İran yeni təyyarə modelinin istehsalına başlayacaq

İran Hava Nəqliyyatı Təşkilatı (İHNT) tezliklə "İR-141" markalı sərnişin təyyarələrinin yeni modelinin istehsalına başlayacaq. SİA-nın mlumatına görə, yerli uçuşlarda istifadə etmək üçün nəzərdə tutulan yeni təyyarənin dizayn və konstruksiya işləri başa çatıb.

Təyyarənin sınaq uçuşlarının 2014-cü ilin martında keçirilməsi nəzərdə tutulur.

Zahiri görünüşünə görə Fransa istehsalı olan "ATR" tipli təyyarələrə bənzəyən "İR-141"-lər əsasən bir saatlıq uçuş məsafələrinin qət edilməsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə