Prezident seçkilərndə iki qadın namizəd favorit hesab olunur

Bu gün Çilidə növbəti prezident seçkiləri keçirir. Lakin bu seçkilər ötən seçkilərdən bir neçə məqamı ilə fərqlənməkdədir.

SİA "Rossiya 24" igentliyinə istinadən xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq seçkilərdə iştirak məcburi xarakter daşımır.

Bununla yanaşı, rəqabət xüsusilə iki qadın namizədlər arasında gedir. Bunlar Çilinin eks-prezidenti, birləşmiş sol koalisiyasından olan namizəd Mişel Baçelet və eks əmək naziri Evelina Matteidir. O, həmçinin iqtidarda olan konservativ Çili uğrunda Alyans partiyasının üzvüdür.

Təkzibolunmaz favorit isə Baçelet hesab olunur. Lakin əsas maraq da bundadır ki, o seçkinin favoriti olaraq ilk turda qələbə qazana biləcəkmi? Belə ki, 1993-cü ildən bu yana Çilidə keçirilmiş prezident seçkilərində ilk turdaca qələbə qazanmaq heç bir namizədə müəssər olmayıb.

Ümumilkdə isə bugünkü seçkidə 9 namizəd iştirak edir. Qadın namizədlərlə yanaşı, müstəqil iqtisadçı Franko Parisinin də şansları yüksək dəyərləndirilməkdədir. O, mərkəzçi elektoratın maraqlarını müfadiə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə