Əfqanıstan paytaxtı Kabilin gələn həftə ümuməfqan ağsaqqallar şurasının toplaşması nəzərdə tutulan qərb rayonunda baş verən partlayış nəticəsində ən azı altı nəfər həlak olub, 22 xəsarət alıb. SİA-nın Frans Press agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstanın Daxili Işlər Nazirliyi xəbər verir.
Şahidlərin sözlərinə görə, bir partlayıcı qurğu Əfqanıstan hökuməti və ABŞ arasında təhlükəsizlik haqda ikitərəfli sazişin qarşıdakı bağlı müzakirələr keçiriləcəyi yerin yaxınlığında işə düşüb, RİA Novosti məlumat verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış terrorçu-kamikadze həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB