Bu gün etiraz aksiyaları keçiriləcək

Bu gün etiraz aksiyaları keçiriləcək

Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində böyük etiraz aksiyaları baş tutacaq. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hökumətə qarşı keçirilən etiraz aksiyasının 156-cı günü olacaq. Bununla belə bolqar sosialist partiyası hökumətə dəstək üçün Vasile Levski stadionunun yanında saat 12-də aksiya keçirəcək. Aksiyada ölkədaxili bütün sosialistlərin iştirakı gözlənilir. Saat 15-də isə Bolqarıstanın futbol çempionatının yarımfinalı məhz Vasile Levski stadionunda baş tutacaq.

Qeyd edək ki, bütün bunları nəzərə alaraq, bolqar polisi həm Sofiyadan, həm də Bolqarıstanın digər bölgələrindən polisləri səfərbər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə