Avropa İttifaqı vətəndaşlığı pulla satılacaq

Avropa İttifaqı vətəndaşlığı pulla satılacaq

Malta Parlamentində Avropa İttifaqı vətəndaşlığını pulla əldə etməklə bağlı qanun layihəsi qəbul olunub. SİA-nın məlumatına görə, 650 min avro ödəyən hər bir şəxs Malta vətəndaşlığı əldə etmək və bununla da avtomatik olaraq Avropa İttifaqı vətəndaşı olmaq hüququnu qazanacaq.

Bundan əlavə,qanuna əsasən vətəndaşlıq hüququ qazanan hər bir vətəndaş Avropa İttifaqı ərazisində iş bazarına giriş, səsvermə hüququ və ittifaq ərazisində yaşayış yerinin sərbəst seçimi kimi imtiyazlara da sahib olacaq.

Qeyd edək ki, ilk ildə 45 nəfərə Malta vətəndaşlığının satılması nəzərdə tutulur və dövlət büdcəsinə 30 milyon avro vəsait daxil olacaq. Sonrakı illərdə vətəndaşlığa müraciət edənlərin sayının 200-300 nəfərə kimi artacağı gözlənilir.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə