Rusiya Yaxın Şərqdə kütləvi qırğın silahından azad zona yaratmaq istəyir

Rusiya Yaxın Şərqdə kütləvi qırğın silahından azad zona yaratmaq istəyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu Misirdə səfər ediblər. Səfər çərçivəsində onlar misirli həmkarları ilə ikitərəfli danışıqlar aparıblar. Bu idarələrin başçılarının səfəri və "2+2" formatında danışıqlar iki ölkə arasında dostluq münasibətləri tarixində ilk dəfə həyata keçirilir.

Misirin müdafiə və hərbi sənaye naziri Əbdül Fəttah əs-Sisi S.Şoyqu ilə görüşündən sonra deyib: "Moskva ilə Qahirənin əməkdaşlığı Yaxın Şərqdə sülhün bərqərar olmasına və təhlükəsizliyin qorunub saxlanmasına kömək göstərir. Rusiya ilə Misirin əməkdaşlığı hər iki ölkənin Yaxın Şərq regionunda təhlükəsizliyin təmin olunmasına kömək edən ümumi ədalətli və tarazlaşdırılmış sülhün bərqərar edilməsi məqsədlərinə nail olmağa kömək göstərəcəkdir".

O həmçinin qeyd edib ki, Qahirədə Rusiya tərəfi ilə aparılan danışıqlar uzunmüddətli strateji və tarixi münasibətlərin davam etdirildiyini, hərbi sahədə birgə işin və konstruktiv səmərəli əməkdaşlığın yeni mərhələsinin başlandığını göstərir.

Bu gün iki ölkənin xarici siyasət idarələrinin başçıları Nabil Fəhminin və Sergey Lavrovun görüşü olub. Görüşdə ikitərəfli münasibətlər, beynəlxalq və regional məsələlər müzakirə olunub. Tərəflər terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, o cümlədən terrorizmə qarşı mübarizə üzrə ikitərəfli işçi qrupunun fəaliyyətinin bərpa edilməsi barədə razılığa gəliblər. Misir və Rusiya tezliklə Yaxın Şərqdə kütləvi qırğın silahından azad zona yaradılmasına dair konfrans çağırılmasına tərəfdar olduqlarını bildiriblər. Tərəflər həmçinin turizm barədə dialoqun daha da inkişaf etdirilməsi məsələsində razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə