Rusiyanın Sankt-Peterburq şəhərində Türkiyə vətəndaşı irqçi qrup tərəfindən təcavüzə uğrayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən qrup üzvl\ri Türkiyə vətəndaşına metrodan çıxan zaman bədəninin müxtəlif yerlərinə çoxsaylı zərbələr endiriblər.
Hücuma məruz qalan Mustafa Atayın ağır şəkildə xəstəxanaya yerləşdirildiyi deyilir.
Mustafa Atay ona xəsarət yetirən gənclərin 16-18 yaşlar arasında olduğunu deyib.
"Metrodan çıxaraq yaxınlıqdakı parka tərəf irəliləyirdim. Bu zaman bir qrup gənc mənə siqaret istəmək bəhanəsi ilə yaxınlaşdı. Onlara siqaretim olmadığını bildirdim və uzaqlaşdım. Bu zaman kürəyimə bir neçə zərbənin endirildiyini hiss etdim. Onlar rus dilində mənə qışqırırdılar. Dediklərini başa düşməsəm də, onların mənə təhqiramiz sözlər dediyini düşünürəm. Həkimlər aldığım xəsarətlərin ciddi olduğunu və başımda çatların yarandığını bildirirlər. Aldığım xəsarətdən sonra eyni zamanda eşitmə pozğunluğu ilə də üzləşmişəm".
Qeyd edək ki, Rusiyada qeyri-rus vətəndaşlarına qarşı irqçi xarakterli hücumlar günü-gündən artmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB