Suriya müxalifəti Cenevrə danışıqlarına qatılmağına razılıq verdi

Suriya müxalifəti Cenevrə danışıqlarına qatılmağına razılıq verdi

SİA "The New York Times" qəzetinə istinadən xəbər verir ki, Suriya müxalifəti koalisiyası Cenevrədə baş tutacaq sayca ikinci sülh danışıqlarında iştirak etməyinə razılıq verib. Lakin müəyyən şərtlər altında verilən razılıq əsasında müxalifət qüvvələri tələblərlə çıxış ediblər. Sənəddə qeyd olunub ki, bütün siyasi məhbuslar azad olunmalıdırlar.

Xatırladaq ki, Suriyanın milli koalisiyasının lideri Əhməd Carba daha öncə İranın sülh danışıqlarında iştirak etməsinə qarşı çıxmışdı. O, bu dəfə Bəşər Əsədin hakimiyyəti tədricən təhvil verəcəyinə ümidini itirmədiyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə