ABŞ və İsrailin səsvermə hüquqlari GERİ ALINDI

ABŞ və İsrailin səsvermə hüquqlari GERİ ALINDI

ABŞ və İsrailin YİNESKO-da səsvermə hüquqları geri alınıb. Buna səbəb hər iki dövlətin qurumda üzvlük haqlarının ödənilməməsidir. SİA Qazeta.ru-ya istinadən xəbər verir ki, səsvermə hüquqlarının geri alınmasına rəğmən, həm ABŞ, həm də İsrail Fələstinin YUNESKO-dakı üzvlüyünə görə geri addım atmayacaqlarını bəyan ediblər. Səsvermə hüquqlarını bərpa etmək üçün ABŞ və İsrail quruma üzvlük haqlarını ödəmək məcburiyyətindədirlər.

Xatırladaq ki, ABŞ-ın ardınca İsrail dövləti 2011-ci ildə Fələstinin YUNESKO-ya üzv kimi qəbul olunmasına etiraz əlaməti olaraq üzvlük haqqı ödəməyəcəyini bəyan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə