İranın Ərbildəki Baş Konsulluğuna hücum olub

İranın Ərbildəki Baş Konsulluğuna hücum olub

İranın İraqın Ərbil şəhərində yerləşən Baş Konsulluğuna hücum olub. Hadisə noyabrın 8-də baş versə də, xəbər bu gün yayılıb.

Hücuma səbəb kimi İran hökumətinin kürd terrorçu təşkilatlarının üzvləri olan bir neçə nəfəri edam etməsi göstərilir. Belə ki, bir qrup şəxs Ərbil şəhərinin Şandır parkında toplaşıb, onlar daha sonra İran konsulluğuna doğru hərəkət ediblər.

Şimali İraq təhlükəsizlik qüvvələri nümayişçiləri dağıdıb, onlardan 7 nəfərini isə həbs edib. Şimali İraq rəhbərliyi İranın Ərbildəki Baş Konsulluğuna hücumu pisləyib, günahkarların cəzalandırılacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə