İran çirkli havaya bürünüb

İranın paytaxtı Tehranda havanın çirkli olması səbəbilə bütün baxçalar və məktəblər fəaliyyətini dayandırıblar. SİA Mehr Agentliyinə istinadən xəbər verir ki, İranın Monitorinq və Fövqəladə Vəziyyəti Koordinasiya edən Dövlət Komitəsi tərəfindən havada toz və bakteriyaların həcminin normadan artıq olduğu və bunun insanlara qarşı təhlükə yaratdığı bildirib. Növbəti həftənin çərşənbə gününə qədər baxçaların və məktəblərin fəaliyyətini dayandıracağını açıqlayan komitə vəziyyətin pisləşməsi nəticəsində iş saatlarının da qısaldılmasının vacibliyini vurğulayıb.

İranın Səhiyyə Nazirliyi ürək və tənəffüs yolu xəstələri olan yaşlı insanlara və uşaqlara açıq havada olmağı qadağan edib.

Havanın çirklənməsinə isə əsas faktor kimi köhnə model nəqliyyat vasitələrindən istifadə olunması göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə