Cari ilin may ayından bəri İranda ən azı 200-dən çox şəxs vəba – öldürücü "Vibrio cholera" bakteriyasına yoluxma xəstəliyinə tutulub. Bu vaxtadək vəbaya yoluxmanın mənbəyi barədə dəqiq məlumat verilməyib.
İran Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərə nəzarət üzrə mərkəzin direktor müavini Mahmud Nəbəvi bildirib ki, artıq İranda vəba epidemiyası təhlükəsi aradan qaldırılıb.
Onun sözlərinə görə, son on gündə ölkə üzrə vəbaya yoluxma halının qeydə alınmaması bu xəstəliyə aid risklərin aradan qaldırıldığını deməyə əsasdır.
Vəba epidemiyasının Pakistan və Əfqanıstanda da azaldığını diqqətə çatdıran M.Nəbəvinin sözlərinə görə, İranda vəbaya yoluxanların əksəriyyəti ölkənin qərb bölgələrində yaşayan xaricilərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB