Suriyada hökumət qüvvələrinin Dəməşqin cənubundakı bəzi istiqmətləri tamamilə ələ keçirdiyi, bölgədəki humanitar vəziyyətin isə çox ağır olduğu bildirilir.
Suriyanın rəsmi xəbər agenliyi SANA ordunun paytaxtın cənubundakı Böyük və Kiçik əs-Sibeynə bölgələrini tamamilə ələ keçirdiyini bildirir. Bir ordu komandirinin açıqlamalarına yer verilen xəbərdə, həmin səmtlərin alınmasının Şərqi və Qərbi Quta rayonlarındakı müxaliflərin tamamilə sıradan çıxarılmasına və Həcərül-Əsvəd bölgəsinə gedən yolun təhlükəsizliyinin təmin edilməsinə imkan yaratdığı qeyd olunur.
Bölgədəki əməliyyatların 9 gün davam etdiyi və bəzi müxaliflərin Həcərül-Əsvədə qaçdığı deyilir.
Bəzi yerli KİV-lərin məlumatına görə, hökumət qüvvələrinin bombardman və ağır silahlardan istifadə etməklə 9 gün apardığı əməliyyatlardan sonra Böyük və Kiçik əs-Sibeynə ələ keçirilib.
Azad Suriya Ordusunun Cənub cəbhəsi komandanlığının sözçüsü Matar İsmayıl bildirib: "Dəməşqin cənub bölgələrində humanitar vəziyyət olduqca ağırdır. İnsanlar artıq ölümlə üzbəüz qalıblar. Yeməyi, içməyi düşünən yoxdur, ən önəmli şey cəbhə və savaşdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB