Pərviz Müşərrəf ev dustaqlığından azad edilib

Pərviz Müşərrəf ev dustaqlığından azad edilib

Pakistan məhkəməsi ölkənin keçmiş başçısı Pərviz Müşərrəfin ev dustaqlığından azad edilməsi haqqında qərar çıxarıb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Müşərrəfin ev dustağlığına son qoyulması girov müqabilində mümkün olub.

Sabiq prezidentin vəkili İlyas Siddiki "Times of İndia" qəzetinə açıqlamasında bildirib ki, Müşərrəf azadlıqdadır.

Eyni zamanda, vəkil vurğulayıb ki, Müşərrəf Pakistanı tərk etmək niyyətində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə