Noyabrın 6-da Tacikistanda prezident seçkiləri keçirilib.
Tacikistan Seçki və Referendumlar Komissiyasından verilən xəbərə görə yerli vaxtla 20.00-da ölkədə yaradılmış 3158 seçki məntəqəsində səsvermə başa çatıb.
Seçkilərin ilkin nəticələri noyabrın 7-də, rəsmi nəticələr isə 10 gün müddətində elan olunacaq.
Seçkilərdə Tacikistan İqtisadi İslahatlar Partiyasından Olimjon Boboev, Aqrap Partiyadan Tolibbek Buxoriev, Tacikistan Sosialist Partiyasından Abduxalim Qafforov, Tacikistan Demokratik Partiyasından Saidjafar İsmonov, Kommunist Partiyasından İsmoil Talbakov və Tacikistan Xalq-Demokratik Partiyasından Emoməli Rahmon prezident kürsüsü uğrunda mübarizə aparıblar.
Noyabrın 6-da həm də Tacikistanın Konstitusiya günüdür, buna görə də ölkədə iş günü deyildir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Azər Badamov Tacikistanda keçirilən prezident seçkilərini müşahidə ediblər.
Tacikistan Prezidenti Emoməli Rahmon 1994-cü il noyabrın 6-da keçirilən prezident seçkilərində bu ölkənin dövlət başçısı seçilib. O, 1999-cu və 2006-cı illərdə keçirilən seçkilərdə də qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB