Nyu-Yorkun yeni meri vəzifəsinə keçirilən seçkilərdə demokrat Bill de Blazio qalib gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 52 yaşlı Bill de Blazio rəqibi – respublikaçı Co Lotdan 40 faiz çox səs toplayıb.
Qeyd edək ki, ötən gün ABŞ-ın bir neçə böyük şəhər və ştatlarında seçkilər keçirilib. Nyu-Cersi ştatının qubernatoru vəzifəsinə yenidən respublikaçı Kris Kristi seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB