Ukrayna iqtisadi geriliyi 2013-cü ildə aradan qaldıra bilər. Bu barədə SİA "İnterfax" agentliyinə istinadən məlumat verib.
Xəbərdə deyilir ki, Ukraynanın baş naziri Nikolay Azarov "Ukraynanın gələcəyi haqqında strateji dialoq" forumunda ölkəsinin perspektiv planları haqqında danışıb.
O deyib ki, 2013-cü il bizim üçün çətin oldu: "Ənənəvi bazarda resessiya, Rusiya qazının qiymətinin qalxması sənayenin inkişafına da öz təsiri göstərdi. Düşünürük ki, bu il biz iqtisadi geriliyi və büdcə kəsirini aradan qaldıracağıq. Bizim daxili və xarici borcun ödənilməsi kimi problemimiz yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB