Bu məkrli plan Rusiyadakı miqratlara qarşı yönəlib

Bu məkrli plan Rusiyadakı miqratlara qarşı yönəlib

İki-üç gün əvvəl Rusiya hüquq mühavizə orqanları Rusiyada yaşıyan miqrantlara xəbərdarlıq edərək, 4 noyabr tarixində mümkün qədər evlərini tərk etməməyi məsləhət görmüşlər. Bunu isə Rusiyada "Rus marşı" adı altında kütləvi aksiyanın keçiriləcəyi ilə əlaqələndirmişdilər. Onu da qeyd edək ki, Rusiya dövlət başçısı Vladimir Putin azərbaycanlıların Rusiyada toxunulmazlığını tələb etsə də son günlərdə baş verənlər insanı sözün əsl mənasında çaş-baş salır. Belə ki, "Orxan Zeynalov hadisəsi"ndən sonra Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlər olunur, bəzi hallarda isə ölüm halları baş verir. Yalnız son 3 gundə Rusiyada hər gün azərbaycanlılar təzyiqlərlə üzləşiblər. Azərbaycanın Rusiyadakı səfirliyi noyabrın 1-də Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanılının vəhşicəsinə döyülməsi ilə bağlı məlumat yayıb. Zərərçəkən 1999-cu il təvəllüdlü Kazımov Rövşən Müzəffər oğlu noyabrın 1-də 12 nömrəli sərnişin avtobusunda qəddarcasına döyülüb.

Hadisə barədə xəbər tutan səfirliyin əməkdaşları noyabrın 2-də həmyerlimizi Morozovski uşaq xəstəxanasında tapıblar. Müəyyən olunub ki, Kazımov Rövşən Müzəffər oğlu məlum hadisə nəticəsində kəllə beyin və göz travması alaraq həmin xəstəxanaya yerləşdirilib. Artıq Rövşən Kazımov həkimlərin icazəsi ilə Şelenoqrad şəhərinin Matuşkini və Savelki rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə şəbəsinin müfəttişlərinə ifadə verib. Faktla bağlı araşdırmalar aparılır. Azərbaycanın Rusiyadakı səfirliyi məlum hadisəni nəzarətdə saxlayır. Azərbaycan DİN-in nümayəndəsi Rusiya DİN-dən olan həmkarları ilə daim əlaqədədir.

Rusiyanın paytaxtında adi mübahisə yaşlı azərbaycanlı kişinin ölümü ilə nəticələnib. Belə ki, mübahisə "ВАЗ 2107"nin sürücüsünün gümüşü rəngli xarici avtomobili ötməsi ilə başlayıb. Dava onlarla insanın gözü qarşısında baş verib. Slavyan mənşəli cüssəli kişi 59 yaşlı azərbaycanlı İfraim Liiviyevi döyməyə başlayıb. Şahidlərin sözlərinə görə, mayor rütbəli polisin yumruqlayıb təpikləməklə ürəyi soyumayıb, yaşlı kişinin başını səkinin kənarına çırpıb. 10 ildən artıqdır ki, Rusiyada yaşayan İfraim heç bir müqavimət göstərməyib və hətta onu döyəndən üzr də istəyib. Amma onun üzrxahlığı gözü qızmış polisə təsir etməyib və arıq, cılız cüssəli kişini canı çıxana qədər döyüb. Azərbaycanlının cansız bədəni bir saat yolun ortasında uzanmış vəziyyətdə qalıb. Bir müddət sonra məlum olub ki, qatil polis mayoru Dmitri Verijnikovdur. O, özünə haqq qazandırmaq üçün azərbaycanlının bıçaqla hücum etdiyini bildirib. Şahidlər isə zərərçəkmişin əlində bıçaq olmadığını, həmin bıçağın İfraimin avtomobilinin altına sonradan atıldığını deyirlər.

Bir sözlə bu cür vəhşiliklər Rusiyada azərbaycanlılara qarşı adi hal cevrilir. Bu Rusiyanın dövlət orqanılarına məlumdur. Lakin ciddi tədbirlər görülmür. Sual yaranır heç bir günahı olmayan azərbaycanlıların qanı arxasında kimlər dayanır. Amma əfsuslar olsunki hər bir sual cavabsız olaraq qalır. Bunun qəddar da olsa, siyasi manevr olduğu böyük ehtimallardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə