Gürcüstanın yeni prezidenti Azərbaycana nələr vəd edir?

Elman Nəsirli: “Toplananların yerin dəyişəndə cəm dəyişməməlidir”
Gürcüstanın yeni prezidenti Azərbaycana nələr vəd edir?

Məlum olduğu kimi Gürcüstanda keçirilən prezident seçkilərində əldə etdiyi qələbəyə qədər Georgi Marqvelaşvili baş nazirin müavini vəzifəsində çalışıb. Lakin bir sıra politoloqlar G.Marqvelaşvilini lider siyasətçi adlandırmağa tərəddüd edir. Onların fikrincə, Marqvelaşvili baş nazirin müavini postunu tutduğu zamandan bu tərəfə, demək olar çox passiv fəaliyyət nümayiş etdirib. Bununla yanaşı, onu, Ermənistan prezidenti Serj Sarkisyan kimi, Rusiyanın marionetkası kimi təqdim edirlər. Bu isə siyasət nöqteyi nəzərindən Gürcüstanın imicinə ləkə vuracaq amil kimi dəyərləndirilir. Bunu hətta Gütcüstanın eks-prezidenti Mixail Saakaşvili də öz çıxışı zamanı bildirib və iddia edib ki, Gürüstan bundan sonra bir müddət qeyri-müəyyənlikdə qalacaq.

Lalkin diqqət çəkən məqamlardan biri də yenicə prezident postunu tutan Georgi Marqvlaşvilinin qonşu Azərbaycanla quracağı münasibətləridir. Çünki bəlli olduğu kimi, yeni prezidentin Azərbaycana səfəri gözlənilir və bu səfər onun Ermənistan səfərindən öncə reallaşdırılacaq.

Bu və bu kimi digər məsələlərə toxunan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli SİA-ya açıqlamasında qeyd edib ki, Gürcüstanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, təbii ki, Gürcüstanın milli maraqları önəmli olacaq: "Bu nöqteyi nəzərdən, M.Sarkaşvilini B.İvanaşvilinin tərəfdari olan G.Marqvelaşvili əvəz etsə də, düşünürəm ki, Azərbaycanla Gürcüstan arasında olduqca sıx əlaqələr mövcuddur və Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. O cümlədən, bir çox strateji əhəmiyyətli layihələrdə də ortağıq. Bakı-Tibilisi-Ərzurum, Bakı–Tibilisi-Ceyhan və 2014-cü ildə açılması gözlənilən Bakı-Tibilisi-Qars layihələri yalnız regional deyil, demək olar ki, beynəlxalq qlobal əhəmiyyətli layihələrdir. Bu layihələrdən əsas qazanan tərəf Gürcüstandır. Nəzərə almaq lazımdır ki, hazırda Gürcüstana ən çox sərmayəni məhz Azərbaycanın yatırır. Bu gün Azərbaycan Gürcüstana ən aşağı faizlərlə kreditlətrin verilməsini təmin edir. Bir sözlə, Azərbaycan Gürcüstan arasında sıx dostluq münasibətləri var. Onu da nəzərə alaq ki, Gürcüstanda 500 minlik azərbaycanlı yaşayır. Bu baxımdan düşünürəm ki, Gürcüstan hakimiyyətinə kimin gəlməsindən asılı olmayaraq, mövcud layihələri və mövcud Gürcüstan-Azərbaycan münasibətlərini daha da inkişaf etdirməlidir. Bu prosesi riyazi dil ilə desək, toplananların yerin dəyişəndə cəm dəyişməməlidir. Yəni M.Sarkaşvilini kimin əvəz etməsindən asılı olmayaraq, Gürcüstanla Azərbaycan arasındakı artıq formalaşmış dostluq və böyük iqtisadi əməkdaşlığa xələl gətirməməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə