Prezidentin məhkəməsi başlayıb

Prezidentin məhkəməsi başlayıb

Misirdə ölkənin demokratik yolla seçilən ilk prezidenti Məhəmməd Mursinin məhkəməsi başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məhkəmə yerinə helikopterlə gətirən Mursinin olduğu ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, prezident "Tora" həbsxanasında saxlanılırdı.

Qeyd edək ki, M.Mursi dövlətə xəyanətdə, mitinq iştirakçılarının qətlində və HƏMAS təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə