İvanişvili xələfinin adını açıqladı

İvanişvili xələfinin adını açıqladı

Gürcüstanın Baş naziri Bidzina İvanişvili bu gün parlament çoxluğuna və jurnalistlərə öz xələfi kimi daxili işlər naziri İrakli Qaribaşvilini təqdim edib.

Məhz o, noyabrın 24-də B.İvanişvili postunu tərk etdikdən sonra parlamentə Baş nazir vəzifəsinə təsdiq olunması üçün təqdim ediləcək.

B.İvanişvili qeyd edib ki, Gürcüstanın noyabrın 17-də səlahiyyətlərinin icrasına başlayacaq yeni Prezidenti Georgi Marqvelaşvili kimi, İ.Qaribaşvilinin simasında "çox layiqli" Baş naziri olacaq: "Nəhayət ki, biz xalqın sifarişini yerinə yetirdik. Bizim gözəl hakimiyyətimiz var və Gürcüstan ictimaiyyəti bununla fəxr edə bilər. Mən isə ictimai sektora gedirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə