Pakistanın daxili işlər naziri Çaudri Nisar "Taliban" hərəkatının Pakistan qanadının lideri Həkimullah Məsudun öldürüldüyünü təsdiq edib. Bu barədə SİA Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.
Ç.Nisar bildirib ki, H.Məsudun öldürülməsi bölgədəki barışıq səylərinin öldürülməsi deməkdir: "ABŞ Prezidenti Barak Obama Pakistanın Baş naziri Nəvaz Şəriflə görüşündə "Taliban"la sülh danışıqlarını dəstəkləyəcəklərini söyləmişdi. Cənab nazirdən soruşmaq istəyirəm: əcəba, beləmi dəstəkləyirlər? ABŞ-a səslənirəm. Həkimullah Məsud çox yerlərdə oldu. Əfqanıstana getdi. Bizim xəbərimiz var idi. Bizim xəbərimiz olduğuna görə, şübhəsiz ki, sizin də xəbəriniz var idi. Nə üçün onu o vaxt deyil, danışıqların başlayacağı gün öldürdünüz? ABŞ-ın bu hərəkəti barışığa mane olmaq üçün etdiyinə inanırıq. Baş nazir Londondan qayıtdıqdan sonra ABŞ ilə əlaqələr təkrar gözdən keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB