Yunanıstanın paytaxtı Afina şəhərində etiraz aksiyası keçirilib. Etiraz aksiyasına təqaüdçülər, liman işçiləri, müəllimlər və fiziki qüsurlu adamlar da qatılıblar. Onlar mülklərə tətbiq ediləcək yeni vergiyə və büdcə təşkilatlarında işləyən fiziki qüsurlu adamlara ödənilən dövlət təzminatının azalmasına qarşı çıxış ediblər.
Avropa Mərkəzi Bankının, Avropa İttifaqının və Beynəlxalq Valyuta Fondunun təmsilçiləri Yunanstana əlavə bir milyard avro yardımın ayrılması üçün, noyabr ayında islahatların tətbiqi ilə bağlı auditin həyata keçirilməsi məqsədilə bu ölkəyə gələcəklər. İqtisadçıların fikrincə Yunanıstanın böhrandan çıxması üçün 2015-2016 illərdə daha 4 milyard avro maliyyə vəsaitinə ehtiyacı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB