Musa Mirzəyevin 80 illik yubiley gecəsi keçiriləcək

Musa Mirzəyevin 80 illik yubiley gecəsi keçiriləcək

Tanınmış bəstəkar, xalq artisti Musa Mirzəyevin 80 illik yubiley gecəsi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbirdə səbəbkarın ömür yolu və zəngin yaradıcılıq axtarışlarından söz açılacaq. Həmçinin Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndiriləcək.

Nəzərinizə çatdıraq ki, orkestri dirijor, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov idarə edəcək.

Qeyd edək ki, xalq artisti Musa Mirzəyevin yubileyi noyabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə