Əli Əkbər Salehi: "İran uranı zənginləşdirməyə davam edir"

Əli Əkbər Salehi: "İran uranı zənginləşdirməyə davam edir"

Bir müddət öncə 20 % zənginləşdirilən uran istehsalı prosesini sona çatdırdığını açıqlayan İran, bu sahədəki fəaliyyətini yenidən davam etdirdiyini bildirib. SİA fars mətbuatına istinadən xəbər verir ki, İran Atom Enerjisi Təşkilatının rəhbəri, vitse-prezident Əli Əkbər Salehi parlamentin rəsmi xəbər saytı "İCANA"-ya verdiyi açıqlamada, uranın 20% zənginləşdirilməsinin qarşısının alınmadığını, əksinə daha da genişləndirildiyini deyib.

Qeyd edək ki, qərb ölkələrinin Tehrandan əsas tələbi İranın uranı 20% zənginləşdirməyi dayandırması və atom enerji stansiyalarını qərb ölkələrinə təslim etməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə