Putin Obamanı geridə qoydu

"Forbes" jurnalının versiyasına əsasən təsir gücünə görə dünyanın ən nüfuzlu lideri Rusiya prezidenti Vladimir Putin olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Putin ABŞ prezidenti Barak Obamanı geridə qoyub. Belə ki, Obama reytinq cədvəlində ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, üçüncü yeri Çin Xalq Respublikasının sədri Si Sinpin, dördüncü yeri Roma papası Fransisk, 5-ci yeri isə Almaniya kansleri Angela Merkel tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə