Fransada uydurma "erməni soyqırımı"nı inkar edənlərə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi yenidən işlənir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Ermənistandakı səfiri Anri Reno məlumat verib.
Onun sözlərinə görə, hazırda layihə ölkə Konstitusiyasına uyğunlaşdırılır: "Layihə parlamentdə qəbul olunduqdan sonra onun Konstitusiya müddəalarına zidd olduğu müəyyənləşdirilib. Məhz bu səbəbdən də ölkə prezidenti layihənin yenidən işlənməsini istəyib".
Qeyd edək ki, parlamentin yenidən məsələyə baxması tarixi hələ ki, məlum deyil.
Xatırladaq ki, Fransa parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş verən erməni üsyanlarından sonra ermənilərin imperiyanın ucqarlarına köçürülməsi hadisəsini soyqırım kimi tanıyıb. Türkiyə dövləti bunu qətiyyətlə rədd edir. Ankara soyqırım iddialarının araşdırılması üçün Ermənistana tarixçilərdən ibarət birgə komissiya yaratmağı təklif edib və Osmanlı arxivlərinin hər kəs üçün açıq olduğunu bildirib. Lakin erməni tərəfi Türkiyənin bu təklifini hələlik qəbul etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB