Rəsmi Moskva immiqrantlarının haqqını tapdaladı

Rəsmi Moskva immiqrantlarının haqqını tapdaladı

Moskva şəhər rəhbərliyi radikal milliyətçi qruplara 4 noyabr Rusiya Birlik Günündə "Rus yürüşü" adı altında nümayiş keçirmələrinə icazə verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda məlumatı yürüşün təşkilatçılarından olan Dmitri Dyomuşkin Vkontakte sosial şəbəkələrdən birində paylaşıb. Radikal irqçinin sözlərinə görə, onlara mitinqi gerçəkləşdirmək üçün Moskvanın cənub-şərqində yerləşən Lyublinoda icazə verilib. Lakin Moskva şəhər rəhbərliyi haqsız mövqe tutaraq, şəhər immiqrantlarının mitinq keçirməsinə icazə verməyib.

Qeyd edək ki, mitinqdə iştirakı nəzərdə tutulan nümayişçilərin əksəriyyətini xristian lobbilərinin nümayəndələri təşkil edir. Onlar arasında sıravi rus vətəndaşlarının olmamağı və bu kimi nümayişlərin yerli xalq tərəfindən dəstəklənməməsi prosesin siyasi oyun olduğunu deməyə əsas verir.

Bütün xəbərlər Facebook səhifəmizdə