Bu gün Türkiyədə Respublika Günü qeyd edilir. SİA-nın məlumatına görə, 1923-cü il oktyabrın 29-da idarəetmə formasına görə respublika elan olunan Türkiyə 90 ildir, müstəqil yaşayır. Birinci Dünya müharibəsindən məğlub ayrılan Osmanlı dövləti İngiltərə, Yunanıstan, Fransa və İtaliya kimi xarici dövlətlərin işğalı ilə üzləşib. Belə dövrdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk vətənsevərləri 1919-cu il mayın 19-da Samsundan ölkənin azadlığı uğrunda mübarizəyə başladılar. Ağır və əzmkar mübarizə qısa müddət sonra müsbət nəticəsini verməyə başlayıb, Vətən torpaqları düşmən tapdağından xilas edilib. 1920-ci il aprelin 23-də millətin təmsilçiləri - deputatlar Ankarada Türkiyə Böyük Millət Məclisinə (TBMM) toplanıblar. Mustafa Kamal Paşa TBMM-nin sədri seçilib.
TBMM-nin II çağırış sessiyası 1923-cü il avqustun 11-dən başlayıb. Oktyabrın 23-də Ankara paytaxt elan edilib. Oktyabrın 29-da Mustafa Kamal Atatürk əvvəlcədən hazırladığı və ölkənin respublika elan olunmasını nəzərdə tutan layihəni TBMM-yə təqdim edib. Parlament qanun layihəsini qəbul edib. Həmin gün axşam saat 20:30-da respublika elan olunub və bu tarixdən etibarən Osmanlı dövləti rəsmi şəkildə Türkiyə Respublikası ilə əvəzlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB