Gürcüstan 20 ildən sonra əsl Avropa ölkəsi olacaq

Gürcüstan 20 ildən sonra əsl Avropa ölkəsi olacaq

Gürcüstanın Baş naziri Bidzina İvanişvili Gürcüstan xalqını öz silahdaşı Giorgi Marqvelaşvilinin Prezident seçilməsi münasibətilə təbrik edib.

O, "exit-poll"un nəticələrinin açıqlanmasından sonra Tbilisidə "Gürcü arzusu" koalisiyasının mərkəzi ofisinin qarşısında keçirilən mitinqdə qeyd edib ki, bu, Gürcüstanın inkişafı yolunda daha bir addımdır: "Biz tədricən inkişaf yolunda addımlayırıq və hər il biz tərəqqi yolunda irəliyə gedəcəyik. Gürcüstan 20 ildən sonra əsl Avropa ölkəsi olacaq".

Baş nazir bildirib ki, G.Marqvelaşvilinin qələbə qazanacağına əmin idi və buna görə də onun səslərin 60 faizini toplayacağını əvvəlcədən xəbər vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə