Partlayış: 42 ölü, 54 yaralı

İraqın paytaxtı Bağdadın müxtəlif bölgələrində səkkiz partlayış baş verib. SİA "HABERTÜRK"-ə istinadən xəbər verir ki, təhlükəsizlik qaynaqları partlayışlarda ilkin məlumatlara görə, 42 nəfərin öldüyünü, 54 nəfərin isə yaralandığını bildirib. Partlayışların paytaxtın mərkəzi bazarında və parkında, Şabi, Meştel, Azadlıq və Sebəl-Bur qəsəbələrində baş verdiyi açıqlanıb.

Qeyd edək ki, İraqda okytabr ayında baş verən partlayışlarda 600 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə