İranın dövlət televiziyası Pakistanın sərhədində yerləşən Sistan - Bəlucistan əyalətinin Seravan qəsəbəsində 17 sərhəd gözətçisinin ötən gecə silahlı qrup tərəfindən öldürüldüyünü, qarşıdurmada 6 əsgərin yaralandığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İran höküməti məhz hadisəyə qarşılıq vermək məqsədilə Sistan - Bəlucistan əyalətinin mərkəzi Zahidan həbsxanasındakı bir neçə məhkumu asaraq edam edib. Əyalətin məhkəmə səlahiyyətlisi Məhəmməd Mazriye bu barədə mətbuata açıqlama verib: "Sərhəd mühafizəçilərinin öldürülməsindən sonra biz də hadisəyə qarşılıq vermək üçün məhkumlardan bəzilərinin edamına qərar verdik. Edam edilənlər isə daha öncə silahlı qrupa üzv olan məhkumlar idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB