Lavrov və Kerri Suriya üzrə beynəlxalq konfransın hazırlığını telefonla müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Suriya münaqişəsinin nizamlanmasına dair beynəlxalq konfransın hazırlanması zamanı Rusiya və ABŞ-ın qarşılıqlı fəaliyyətini müzakirə ediblər. SİA Ria Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə RF xarici işlər nazirliyinin saytında bildirilir.
Söhbət ABŞ tərəfinin təşəbbüsü ilə şənbə günü keçirilib: "Suriyada münaqişənin sülh yolu ilə nizamlanması üzrə beynəlxalq konfransa hazırlıq məqsədi ilə Rusiya-ABŞ əməkdaşlıq məsələləri müzakirə olunub,".
Hazırda Suriya ilə sülh konfransı "Cenevrə-2"-yə hazırlıq işi aparılır. Konfrans ABŞ və Rusiyanın təşəbbüsü ilə çağırılır. Tədbirin tarixi hələ dəqiq müəyyənləşdirilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB