ABŞ prezidenti Barak Obama Pakistanın baş naziri Nəvaz Şəriflə görüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş nazir görüşdə bəyan edib ki, danışıqlarda Pakistan ərazisində ABŞ-ın pilotsuz uçan aparatlarının zərbələri barədə məsələ qaldırıb. Şərif Obama ilə birgə mətbuat konfransı zamanı jurnalistlərə deyib ki, o, bu cür zərbələrə son qoymaq zərurətini hər zaman qeyd edib.
ABŞ və Pakistan çox sahələr üzrə, o cümlədən terrorizmə qarşı mübarizə, hərbi əməkdaşlıq, nüvə yayılmaması, iqtisadiyyat və regional problemləri də daxil olmaqla əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayaraq, birgə bəyanat yayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB