Obama Merkelə zəmanət verdi

Almaniyanın baş naziri Angela Merkelin mobil telefonu ABŞ xüsusi xidmət orqanları tərəfindən dinlənilə bilərdi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybertin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, baş nazir ABŞ prezidenti Barak Obamaya zəng edib və bu cür hərəkətləri birmənalı şəkildə pisləyib: "Əgər bu məlumat öz təsdiqini taparsa, bu tamamilə qəbuledilməzdir".

ABŞ Prezidenti Barak Obama isə Almaniya kansleri Angela Merkeli əmin edib ki, ABŞ xüsusi xidmət orqanları onun telefon danışıqlarına qulaq asmayıblar.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə