Bu gün dünyada BMT Günü kimi qeyd olunur

Bu gün dünyada BMT Günü kimi qeyd olunur

24 oktyabr tarixi dünyada BMT Günü kimi qeyd olunur. BMT Baş Katibi Pan Gi Mun Gün münasibətilə müraciət qəbul edib.

SİA-nın məlumatına görə, müraciətdə deyilir: "Birləşmiş Millətlər Təşkilatı Günü bu Təşkilatın sülh və ümumi tərəqqiyə verdiyi böyük töhfəni tanımaq üçün bir fürsətdir.

Bu gün daha yaxşı dünyaya baxışımızı gerçəkləşdirmək üçün daha nələr edə biləcəyimiz işləri düşünmək üçün müvafiq vaxtdır.

Təhlükəsizlik sahəsində qarşımızda duran ən böyük problem Suriyada gedən savaşlardır.

Milyonlarla insan həyatlarının xilası üçün BMT-nin humanitar məsələlərlə məşğul olan heyətindən asılıdır.

BMT ekspertləri Suriyadakı silah ehtiyatının məhv edilməsi üçün Nobel Sülh Mükafatına layiq görülmüş Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatla əl-ələ çalışırlar.

Biz həmçinin kifayət qədər uzun çəkən iztiraba son qoymaq üçün diplomatik həll yoluna təkid edirik.

Ən zəruri inkişaf məsələmiz dayanıqlılığın reallığa çevrilməsidir.

Minilliyin İnkişaf Məqsədləri yoxsulluğu yarıya qədər azalıb.

Hazırda əldə olunan nailiyyəti bu səviyyədə saxlamalı, 2015-ci ildən sonrakı inkişaf çərçivəsini müəyyən etməli və iqlim dəyişikliyi məsələsində anlaşmaya nail olmalıyıq.

Bu il biz yenidən Birləşmiş Millətlər Təşkilatının silahlı münaqişə, insan hüquqları, ətraf mühit və bir çox digər məsələlər üzrə bir araya gəlməsini görürük .

Biz kollektiv fəaliyyətin nələr edə biləcəyini dünyaya göstərməkdə davam edirik. Biz daha çox şeylər edə bilərik.

Hər şeyin bir-biri ilə qarşılıqlı əlaqəsini təcəssüm etdirən qlobal dünyasında biz daha da birləşməliyik.

Birləşmiş Millətlər Təşkilatı Günündə gəlin təməl ideyalarımıza uyğun yaşamağa söz verək və sülh, inkişaf və insan hüquqları naminə birlikdə çalışaq".

Bütün xəbərlər Facebook səhifəmizdə